Xeyir məqsədilə suya üfürmək olarmı?
Sual:
Salam aleykum ! Bir xeyir megsedi ile hasisisa gaba ve ya suya ufure bilerik ?
Allah razi olsun
Cavab:
Və aleykum Salam. Qabda olan suya cadudan, gözdəymədən qorunmaq üçün Quran ayələrini oxuyub üfürmək, sonra da o suyu içmək olar. Daha ətraflı: Quran ayələrini suya oxuyub ətrafa çiləmək
Yeməyi və ya isti içkini soyutmaq məqsədilə ona üfürmək isə qadağandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!" (Muslim).