Məncə, sizin saytınızda Quranın Sad surəsinin 75-ci ayəsinin tərcüməsi səhv yazılıb...

    28.11.2015
Kimdən: 
Ali
Sual: 
Quranın Sad surəsinin 75-ci ayəsində belə deyilir: “Allah dedi: “Ey İblis! Sənə nə mane olur ki, mənim iki əlimlə xəlq etdiyimə səcdə etmirsən?! Bu ayədəki “iki əlimlə” ifadəsini necə başa düşmək lazımdır? Məgər Allahın əli var? Cavab: Quran Ərəblərin öz aralarında danışdıqları və bir-birlərini başa düşdükləri dildə nazil edilib. Odur ki, onda işlədilən sözlər xalq tərəfindən necə işlədilirsə, onları o cür başa düşmək və başqa tərəflərə çəkməmək lazımdır. Misal üçün, bir evdə ana xörək hazırlayır və uşaqlarından biri: “Mən bunu yemirəm”, – deyir. Ana isə: “Mən bunu öz əllərimlə bişirdim. Başqa yerdən gəlmədi”, – deyir. Bu ifadə xörəyin məhz ananın özü tərəfindən hazırlandığını göstərir
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir" (əş-Şura, 11). Bu ayədə Allah həm məxluqlarda olan eşitmə və görmə xüsusiyyətlərinin olduğunu deyir, həm də bildirir ki, Onun heç bir bənzəri yoxdur.  Qurani-Kərimdə Allahın bəzi sifətləri haqda ayələr mövcuddur. Bu ayələrda Allah özü barəsində nə deyirsə qəbul etmək vacibdir, amma necə olması barədə fikir yürütmək isə haramdır. Daha ətraflı: Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları

Teqlər: 
Paylaş: