Mən Allaha bel bağlasam cadu mənə nə edə bilər ki?

    29.11.2015
Kimdən: 
Lala
Sual: 
Cadu var bunu her kes soyleyir Men namaz qiliram Inaniramki mene tesir etmez Sualim budur Allahimin qudreti yaninda cadu eden bende kimdiki? Duwuncem dogrudurmu? Eger her weyi Allahimla boluwuremse
Cavab: 

Salam aleykum. Bəli, Allahın qoruduğu insana cadu təsir edə bilməz. Lakin, səbəblərdən düzgün tutduqdan sonra Allahın gücünə, qüdrətinə bel bağlaya bilərsiniz. Şəkk yoxdur ki, insanı soyuqdan qoruyan Allahdır. Amma, biz səbəb kimi isti paltar geyinirik. Sözsüz ki, şəfa verən Allahdır. Lakin, səbəb kimi həkimə gedib onun təlimatlarını yerinə yetiririk və Allaha ümid edirik ki, bizi sağaldacaq. Cadu da belədir. Cadudan qorunmaq üçün də Allah bizə düzgün səbəb olaraq fərz ibadətləri dəqiq yerinə yetirməyi, müəyyən vaxtlarda Quran oxumağı, Allahı çox zikr etməyi və digər şeyləri buyurub. Bu səbəblərdən düzgün şəkildə istifadə olunsa, cadunun sizə təsiri olmaz. Yoxsa, heç bir səbəb götürmədən Allahın qüdrətinə bel bağlamaq düzgün deyil. Bu, heç bir şey əkməyib Allahdan gözəl məhsul gözləyənin misalına bənzəyir. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: