"Cənnət anaların ayaqları altındadır" deyilibsə, bəs niyə "qadın şeytandır" deyilir?

    04.12.2015
Sual: 
salam bagiwlayin narahat edirem sisi,bis bele ewitmiwkki deyiler cennett analar ayagi at ltindadi bes onda niye deyiler qadinlar weytandi, yeqin bu her qadina aid deyil... bu suali cavablandira bilersinismi sehmet olmasa... oxudugunus ucun cox sagolun ALLAH rasi olsun
Cavab: 

Və aleykum Salam. Heç bir yerdə yazılmayıb ki, "qadınlar şeytandır". Bunun heç bir əsası yoxdur. Amma, Uca Allah bizə bildirirb ki, şeytan insanlardan da olur, cinlərdən də: "O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!" (ən-Nas, 5-6). Burada kişi və ya qadın olmasından asılı olmayaraq, şeytanlara məxsus əməlləri edən insanlar nəzərdə tutulur. "Cənnət anaların ayağının altındadır" hədisi isə övlada nisbətdə ananın haqqının nə qədər əzəmətli olduğuna işarədir. Əgər övlad Cənnəti qazanmaq istəyirsə, anaya yaxşılıq etməlidir. Bir səhabə belə deyir: "Mən Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdum: “Ya Rəsulullah, mən kimə qay­ğı göstərməliyəm?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Kimə qay­ğı gös­tərməliyəm?” Dedi: “Ana­na!” (Yenə) soruş­dum: “Kimə qayğı göstərməli­yəm?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Kimə qayğı göstər­mə­li­yəm?” Dedi: “Atana, sonra da ən yaxın və ən ya­xın olanlara”. (Əbu Davud, 5141). Cənnətə girmək istəyən adam, anası kafir olsa belə öz anasına lazımınca qayğı göstərməlidir. Anaya edilən yaxşılıq övlad üçün Cənnətə girməyə bir səbəbdir. Həmçinin, oxuyun: Valideynləri incitməyin günahı haqqında

Teqlər: 
Paylaş: