Dırnaqları uzatmaq günahdırmı?

    31.01.2014
Sual: 
Salam aleykum. Dirnaq uzatmaq gunah sayilirmi?
Cavab: 

Aleykum salam. Dırnaqların uzadılmasına icazə verilmir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq". (əl-Buxari, 5889).
Həmçinin, yaxşı olar ki, müsəlman kişi və qadın hər cümə günü dırnaqlarını kəssin. Rəvayət edilir ki, Bəzi səhabələr və tabiinlər (səhabələrin ardıcılları) cümə günləri dırnaq kəsməyi sevərdilər. (əl-Beyhaqi "Sunənul-Kubra", 3/244; İbn Əbi Şeybə "əl-Musannəf", 2/65; Abdurrazzəq "əl-Musannəf", 3/197; Hafiz ibn Racəb "Fəthul-Bari", 5/359).
Deməli, bütün bu deyilənlərdən bir daha aydın olur ki, dırnaqları uzatmaq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsinə (yoluna) ziddir. Dırnaqları tutmaq isə insanın fitrətinə (təbiətinə) qoyulan adətdir.  

Teqlər: 
Paylaş: