Allah Rəsuluna peyğəmbərlik verilməmişdən qabaq necə namaz qılıb?

    05.12.2015
Kimdən: 
Əli
Sual: 
As səlamu aleykum və rəhmətullahi və bərəkətuh. Mənə deyiblər ki, o vaxtı Muhəmmədə(s.a.s.) peyğəmbərlik verilməmişdən qabaq o iki rükət, hər gün namaz qılıb. Bəs o vaxtı Quran və Islam dini yox idi, o necə namaz qılırdı ? Isa peyğəmbər (s.a.s) nə deyibsə namazda o da onu deyib? Yəni butun peyğəmbərlər namaz qılıb. O vaxtı Məhəmməd (s.a.s) nə deyib namazda?
Cavab: 

Və aleykum Salam va rahmətullahi va bərakətu. Bütün peyğəmbərlərin öz şəriətlərinə məxsus namazları, ibadətləri olub. Muhəmmədə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də peyğəmbərlik verilməmişdən qabaq özünə məxsus ibadəti olub. O, tənhalığa çəkilib Allaha ibadət edərdi. Namaz yalnız Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə köçdükdən sonra müsəlmanlara namaz vacib edilmişdir. Həmçinin, oxuyun: Bütün peyğəmbərlərin namaz qılması barədə

Teqlər: 
Paylaş: