Hüseyn və Yezid haqqında suallar
Sual:
Salam aleykum. İmam Huseyne deyilen imam sozunun menasi nedir? Peygemberimizin yaninda olan diger sehabelerin adinin qarsisinda imam deyilmir? Huseyn radiyAllahu anha aglamag olarmi? Cunki insan ister istemez Kerbela haqda esidende Peygember nevesine qarsi edilen herekete pis olur. Yezidin İmam Huseynin basini qizinin qucagina vermesi ve onun da ureyinin partlayib olmesi dogrudurmu? Ve bir de bir xutbede Yezide rahimehullah demek olar deyilmisdi bu ne dercede dogrudur eyer onun İmam Huseynin qetlinde eli varsa? Axi Peygemberimiz (Allahin ona salami ve salavati olsun) demisdiki kim meni sevirse qoy Huseyni de sevsin? Allah razi olsun.
Cavab:
Və aleykum Salam. İmam sözünün mənası "rəhbər", "başçı" deməkdir. Hər hansısa bir səhabənin və ya onlardan sonra gələnlərin adlarının qarşısında imam kəlməsini xüsusiləşdirərək istifadə etmək olmaz. Abdurrahmən ibn Avf (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) oğlu İbrahim vəfat etdikdə, o, ağlamağa başladı. Mən ona: "Sən də ağlayırsan, ya Rəsulullah? Axı sən ölü üçün ağlamağı qadağan etmisən?" - deyəndə, o dedi: "Müsibət gəldikdə, ağlamaq mənə qadağan edilməyib. Lakin mənə, axmaq və fəsadçı iki səs qadağan edilmişdir: əyləncə və kef məclisindəki musiqi - şeytanın nəğməsi, bir də müsibət üz verdiyi, üzlər şillələndiyi və yaxalar cırıldığı zaman eşidilən şeytanın yanıqlı səsi". (əl-Hakim, 4/40; əl-Beyhəqi, 4/69).
Bu səbəblə qışqıraraq, yaxa cıraraq ağlamaq və üç gündən artıq yas tutmaq qadağan edilmişdir. Hüseynin qətli İslam tarixində ən faciəli hadisələrdəndir. Qəlbində imanı olan hər bir müsəlman onun ölümünə kədərlənir. Lakin bu faciə ilə əlaqədar olaraq aşura gününü hər il qeyd etmək, mərsiyələr demək və bədənə xəsarət yetirərək qan çıxartmaq qadağan edilmişdir.
Yezidin Huseynin (Allah ondan razı olsun) başını qızının qucağına verməsi və onun da ürəyinin partlaması haqda deyilənlər uydurma rəvayətlərdir. İslam alimləri Yezid üçün "rahiməhullahu" (Allah ona rəhm etsin) demirlər, çünki, onun xilafəti dövründə Huseyn (Allah ondan razı olsun) qətlə yetirilmiş və fitnələrə qapı açılmışdır. Həmçinin, Yezidə lənət oxumaq da qadağan edilmişdir, çünki onun Hüseynin qətlinə fərman verməsi sübut edilməmişdir. Həmçinin oxuyun: