Sosial şəbəkələrdən istifadə etmək olarmı?

    08.12.2015
Kimdən: 
Meryem
Sual: 
Salam.Namaz qılan şexs sosial şebekelerden istifade ede bilermi? Yeni bu günah sayılırmı? Ümumiyyetle sosial şebekelerden istifade etmek düzgündürmü.?
Cavab: 

Və aleykum Salam. Sosial şəbəkələrdən günaha girməmək şərtilə istifadə etmək olar. Vaxtı israf etməmək şərtilə faydalı məlumatlar öyrənmək, məhrəm olan qohum və tanışlarla əlaqə saxlamaq və s. işlərdə heç bir qəbahət yoxdur. Naməhrəmlə danışmaq, harama baxmaq, vaxtı israf etmək və s. məqsədlərlə isə internetdən və digər vasitələrdən istifadə etmək olmaz. Daha ətraflı: Qızla oğlanın internetdə danışması günahdır?

Paylaş: