Zöhr namazını vaxtından əvvəl qılmaq olarmı?

    08.12.2015
Sual: 
salam men rusiyaya sefere gediciyem orda zohr namazini imkan olmasa vaxtinnan qabaq qilmaq olar???ewitdiyime gore esr namazini vaxtinnan qabaq icaze var
Cavab: 

Və aleykum Salam. Namazları səfərdə birləşdirmək olar. Lakin, səfərdə Sübh, Zöhr və Məğrib namazları vaxtından əvvəl qılına bilməz. Yəni, Sübh namazı öz vaxtında, Zöhr və Əsr namazları Zöhrün girdiyi vaxtdan Əsrin çıxdığı vaxta qədər, Məğriblə İşa namazları isə Məğribin girdiyi vaxtdan İşanın çıxdığı vaxta qədər olan müddətdə qılmaq olar. Daha ətraflı: Səfər namazı necə qılınır? 

Teqlər: 
Paylaş: