Niyə insanların fikri tək deyil, onların arasında ixtilaf var?
Sual:
Salam aleykum . 1) Niyə ixtilaf çoxdur?? Mən indi hardan bilim mən düz yol ilə gedirəm ya yox? Artıq dəhşətdi dərəcəyə çatib bu çox məsələlərdə ixtilaf. 2) namazda rüküdan qalxanda əlləri yenidən bağlamaq lazımdır? 3) 4 rükətli və 3 rükətli namazda, 2 ci rükətdə təşəhhüd deyib qutaranda, Allahu Əkbər deyəndə əlləri qulaqlaracan qaldırmaq lazımdır?
Cavab:
Və aleykum Salam.
1. İxtilafın çoxalmasının səbəbi insanların çoxunun cahil, elmsiz olmasıdır. Cahil olduqları üçün dini məsələləri hərəsi bir cür başa düşür. Məsələni Quran, Sünnə və səhabələrin başa düşmə qaydasına qaytarmaq lazımdır. Buna da havadan danışmayan, bütün danışdıqlarına sübut gətirən alimlərin yolu ilə getməklə nail olmaq mümkündür. Uca Allah buyurur: "Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar". (ən-Nisə, 65).
Daha ətraflı: Hansı məzhəb düzgündür?
2. Heç bir səhih rəvayətdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rukudan qalxarkən əllərini bağlaması qeyd olunmayıb. Əgər belə olsaydı, səhabələrdən kimsə bu haqda hədislərdə bəyan edərdi. Rukudan qalxanda əllərin bağlanmasına dəlil olmadığı üçün, ən yaxşısı rukudan qalxanda əllərin yana buraxılmasıdır.
3. Namaz əsnasında hansı yerlərdə əllər qalxırsa, o yerlərdə əllər çiyin səviyyəsinə qədər qaldırılır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) namaz üçün təkbir gətirdikdə əllərini çiyin səviyyəsinə qədər qaldırardı. Ruku etmək istədikdə, başını rukudan qaldırdıqda və iki rükətdən sonra ayağa qalxdıqda (birinci təşəhhüddə) eyni şeyi edərdi. (əl-Buxari: "Raf'ul-Yədeyn", 8; Əbu Davud, 744).