Dişləri yumamaq olarmı? Hər namazdan qabaq dişlər yuyulmalıdırmı?
Sual:
Salam aleykum. Dişləri heç yumamaq, amma ağzı yaxalamaq olarmı?
Cavab:
Və aleykum Salam. Dişləri heç yumamaq insanın səhhətinə zərərdir. İnsanın səhhətinə zərər olan hər bir əməli isə Allah qadağan edib. Namazdan qabaq dişləri yumaq yox, misvakla təmizləmək haqda hədislər var. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əgər çətin olmasaydı, hər namazda misvakdan istifadə etməyi əmr edərdim". (İmam Əhməd, 9589).
Başqa bir hədisdə: "Misvak ağzı təmizlər, Rəbbi razı edər". (ən-Nəsai, 5).
Başqa bir hədisdə: "Misvak ağzı təmizlər, Rəbbi razı edər". (ən-Nəsai, 5).