Cənnətə daxil olan 70 nəfəri özü ilə apara bilərmi?

    26.12.2015
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Necəsiz? Allah sizdən razı olsun. Bizim suallarımızı cavablandırırsız, çoxsağolun. 1) Əgər bir kişi cənnətə daxil olacaqsa, o 70 nəfəri cənnətə öz istəyi ilə apara bilər? 2) Əgər bir insan Allaha şərik qoşub, sonra tövbə etsə, Allahın istəyi ilə sorğu-sualsız cənnətə daxil ola bilərmi? 3) Oxudum ki, möhür dinə soradan gəlir. Amma mənim fikirlərim başqadı. O vaxtı namazı torpaq üstündə qılıblar. Amma bir gün Allah Rəsulu torpağın istiliyinə görə, həsirdə qılır. O alnını torpağa qoyur. Bu Allah Rəsulu üçün məcburi haldır. Biz torpağın üstündə qılmırıq, ona görədə bu bizim üçün məcburi haldır. Ona görədə biz alnımızı torpağın üaünə qoyuruq. Qeyd: Şiə deyiləm, və dəstəkləmirəm.
Cavab: 
Və aleykum Salam.
  1. Şəfaət etmək hüququ hər kəsə verilməyəcək. Uca Allah buyurur: "O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir" (Ta Ha, 109). Cənnətə girəcək insana bü şəfaət verilsə, o, yalnız Allahın razı olduğu kəsləri özü ilə Cənnətə apara bilər, çünki, kafir olana heç kəsin şəfaəti fayda verməz. Həmçinin, 70 nəfərə şəfaət etmək hər kəs yox, ancaq şəhidlər haqqında deyilib. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içəri-sində olanlardan daha xeyirlidir - yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir” (Tirmizi, 1663).
  2. Bəli, bir insan əvvəllər Allaha şərik qoşsa, sonra bilib tövbə etsə, mömin olaraq tövbəsində sadiq olsa və hədisdə vəsf edilən sifətlərə sahib olsa, Allahın izni ilə Cənnətə sorğu-sualsız girənlərdən ola bilər. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) Cənnətə sorğu-sualsız girənlər barəsində soruşulduqda belə buyurmuşdu: “Bunlar özlərinə ovsun oxunmasını tələb et­məyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab etməyən, (mü­a­li­cə məqsə­dilə) bədə­ninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kim­sələr­dir”. (əl-Buxari, 5705).
  3. Bu cavabı oxuyun:  Namazı möhürlə qılmaq olarmı?
Paylaş: