Ərim məni onun cibindən pul oğurlamaqda günahlandırır, nə edim?

    26.12.2015
Sual: 
Salam Aleykum.əvvəlcədən sizə çox təşəkkür edirəm sizin sayənizdə din haqqında çox şey öyrəndim.haqqınızı halal edin.Allah sizdən razı olsun.mənim yoldaşım mən onun cibindən tez tez pul oğurladığımı deyir mənə.Allah şahidimdirki mən heç vaxt heçkimin heçnəyini götürməmişəm götürmərəmdə.çünki mən namaz əhliyəm.mən Allahımdan qorxuram.çox çıxılmaz vəziyyətdəyəm.mən bu barədə yoldaşıma nə deyim.bu barədə hədis surə varsa çox xahiş edirəm yazasız.çox sağolun.
Cavab: 

Və aleykum Salam. Bir müsəlmanın başqası haqqında dəlil-sübut olmadan pis zənn etməsi doğru deyil. Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).
"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzəb, 38).
Şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir. Müdafiə olunan tərəf isə yalandan and içməyin böyük günah olmasını və Allahın cəzasına səbəb olacağını başa düşərək and içməlidir. Ona görə də, siz and içdikdən sonra ərinizin sübut olmadan sizi günahlandırmağa haqqı yoxdur.

Günümüzdə kiməsə iftira atmaq adi hala çevrilib. Belə hallarda hər bir müsəlman Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatına qayıtmalıdır. Uca Allah buurur: "Allahın Elçisi sizə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzəb, 21). Uca Allaha təvəkkül etsəniz, səbir etsəniz və çoxlu dua etsəniz gec və ya tez Allah sizi təmizə çıxaracaq. Səbir edin! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu, onun üçün xeyir olar". (Muslim, 2999). Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoldaşı Aişəyə (Allah ondan razı olsun) də böhtan atmışdılar. Səbir etdi və Uca Allah onu təmizə çıxartdı. Nur surəsinin 11-ci ayəsindən 20-ci ayəsinə qədər olan ayələrini nazil etdi. Yusifə (Ona Allahın salamı olsun) də böhtan atmışdılar. Müsəlmanın çəkdiyi hər bir sıxıntı onun günahlarının yuyulmasıdır. Böhtanın, iftiranın ömrü qısadır. Səbir etməsəniz, daha da pis nəticələr ola bilər. Ərinizi də böhtandan çəkindirin. Gözü ilə görmədiyini dilinə gətirməsin. Uca Allah ilə zülm olunan arasında pərdə yoxdur. Allah sizə yardım etsin! Həmçinin oxuyun:
Böhtana məruz qalan nə etsin?
Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: