Həbsxanada qalmaq səbəbilə günahlar bağışlanırmı?
Və aleykum Salam. Həbsxanada olan adam öz əməllərindən peşman olarsa, bu cəza onun günahlarının bağışlanmasına səbəb ola bilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın.” (əl-Buxari, 5642).
“Başına bir müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allahın ona buyurduğu kimi: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!” - desin, Allah da ona bundan xeyirlisini vermiş olmasın” (Muslim, 2165). Duanın ərəbcə oxunuşu: "İnnə lillahi və inna ileyhi raciun, Allahummə əcurni fi musibəti və əxlif li xayran minhə"
Əgər cinayətkar kiminsə haqqına giribsə, həmin adamdan da mütləq halallıq alınmalıdır. Daha ətraflı: Qul haqqı barədə