Evlərində olduğum ailə fala çox bağlıdır, özümü şərdən necə qoruyum?

    26.12.2015
Sual: 
evliyem bir oglum var qaynananmla baldizla yasayiram iki baldizim ve qaynanam fala cox inanir bir falci var ayda bir defe cagrillar gelir men onu sevmirem menim otagimdada baxir o gelende meqativ enerji otrur mene cox pis oluram teziqim qalxir hemin an yutubdan feleq nas ixlas ayetil kurse qulaq asiram men ozum ollari oxumadan ollari dinlemek mene tesir edermi cavabladirin .sag olun fapa yoldasim olara hec ne deye bilmir
Cavab: 
Salam aleykum. İbadətləri dəqiq yerinə yetirin, çoxlu Qurana qulaq asın. Əgər səsli qulaq asmaqda problem varsa, qulaqcıqlarla qulaq asın. Səhər və axşam zikrlərini edin. Gecə-gündüz dua edin ki, Allah sizi bu fitnədən qorusun. Həmçinin, imkan düşdükcə onları hikmətlə dəvət edin, Allahın təkliyini, heç bir vasitəçi və şərikinin olmadığını başa salın. Allahdan başqa heç kimin qeybi bilmədiyini və bu cür işlərdə bərəkət olmadığını gözəl tərzdə izah edin.  Həmçinin, oxuyun:
Qaynanamla yola getmirəm, nə edim?
Səhər və axşam zikrləri
Fala baxmaq haqqında
 
Teqlər: 
Paylaş: