Namazı qaranlıq yerdə qılmaq olarmı?
Və aleykum Salam.
1. Səbəbsiz yerə namazı tam qaranlıq yerdə qılmaq olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazda fikri yayındıran hər bir şeydən bizi çəkindirib. Çünki, tam qaranlıq yerdə namaz qılarkən istər-istəməz fikir yayılır. Lakin, namaz qıldığınız vaxt birdən-birə işıqlar sönsə, namazı qılıb tamamlamaq lazımdır və bunda heç bir qəbahət yoxdu. Həmçinin, namaz qılacağınız yeri işıqlandırmağa heç bir vasitə yoxdursa, bunun namaza zərəri yoxdur.
2. Dörd rükətli namazın üçüncü rükətində səhvən təşəhhüdə otursanız, namazın sonunda səhv səcdəsi etməniz kifayətdir. Üç və dörd rükətli namazlarda ikinci rükətin təşəhhüdündən sonra isə salavatı demək daha doğrudur. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?