Əlavə bir rükət namaz qılmaq olar?

    02.01.2016
Kimdən: 
Ayten
Sual: 
Salam eleykum men namazi xalamqizindan oyrenmisem onlar subh bir de isa namazinda 1ruket elave namaz qiliram men evveller bele edirdim lakin indi bele etmirem ne edim indi?
Cavab: 
Va aleykum Salam. Əlavə namaz qılmaq gözəl şeydir. Lakin, bütün ibadətlərdə dəlil tələb olunduğu kimi, əlavə namazları qılmaqda da dəlilə ehtiyac var. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təyin etdiyi əlavə namazlara sünnə namazları deyilir. Dəlil də yalnız Quran ayəsi və ya Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsi olmalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh nama­zından əvvəl". (Tirmizi, 415). Həmçinin, İşa namazını qıldıqdan sonra Sübh namazına qədər istənilən vaxtda Vitr namazını qılmaq olar. Vitr - tək deməkdir. Yəni, 1, 3, 5, 7, 9, 11 rükət olmaqla əlavə namaz qılmaq olar. Daha ətraflı: Nafilə və fərz namazları hansılardır?
Teqlər: 
Paylaş: