Dəstəmazda buruna su almaq əvəzinə barmaqla burunu islatmaq olar?

    02.01.2016
Sual: 
Salam aleykum. Mən dəstəmaz alanda bəzən respirator virus infeksiyası ilə əlaqədar burnum tutulu olduqda dəliyin birini su çəkə bilmirəm. Bu zaman sol əlimin barmağı ilə isladıram və təmizləyirəm. Belə eləmək icazəlidir? Allah razı olsun sizlərdən. Haqqınızı halal edin.
Cavab: 

Və aleykum Salam. Dəstəmaz aldıqda əsas burunun içini gücünüz çatdığı qədər islatmanızdır. Burun tutulubsa və buna görə buruna su getmirsə, siz dediyiniz kimi etmək olar.

Teqlər: 
Paylaş: