Valideynlər övladını falçının yanına apardıqda övlad itaət etməyə bilərmi?

    02.01.2016
Kimdən: 
Allah qulundan
Sual: 
Salam aleykum. 1)Misal üçün bir insan gedir falçının yanına. Bu şirk sayılırmı? Yəni bir yerin ağrayanda tez zəng vurursan oram ağrıyır, buram ağrıyır. 2) Əgər valideynlərim desə ki geyin gedək filankəsin yanına(ekstrasensin və ya falçının), onda tabə olmaya bilərəmmi? Yəni onlar məni şirkə çağırıllarmı? Bilirəm ki, falçıların yanına getmək küfrdür. Allahdan başqa qeybi heç kəs bilməz. Amma bunlar iddia edillər ki, gələcəyi görüllər. Və ya məcbur edəndə ki, gəl gedək pirlərə, ziyarətgaha və s. Bu halda nə edək?
Cavab: 

Və aleykum Salam. 
1. Əgər bir insan nəyi isə falçıdan öyrənmək istəyirsə, artıq onun qeybi bildiyinə inanır. Bu da Allahdan qeyrisinin qeybi bildiyinə inanmaq olduğuna görə şirk sayılır. Sehr və cadu etdirirsə, küfr sayılır. Daha ətraflı: Falçılar necə olur ki, doğru xəbər verirlər?
2. Valideynlər övladlarını falçı yanına aparmaq istədikdə, övladı Allaha qarşı küfr etməyə çağırırlar. Belə hallarda valideynlərin haqlarına girməmək şərtilə, yəni, üstlərinə qışqırmamaq şərtilə qəti şəkildə itaət edilməməlidir. Həmçinin, pirlərə və digər yerlərə getmək də bu qəbildəndir. Lakin, diqqətli olmaq lazımdır ki, valideynlərin valideynlik haqları tapdalanmasın. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Uca Allah buyurur: "Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran...". (Loğman, 15). Onlara Allahın böyüklüyünü, qüdrətli olmasını Quran, Sünnə və məntiqi dəlillərlə başa salmaq lazımdır. Əksinə yaradılmışların heç nəyə qadir olmadığını və bu kimi əməllərin Uca Allaha qarşı böyük günah olduğunu başa salmaq lazımdır. Daha ətraflı:
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Teqlər: 
Paylaş: