Namaza başlamışam, ancaq əvvəl etdiyim səhvlərə görə qorxuram...

    04.01.2016
Sual: 
Men namaza bawlamiwam ancaq bawlamamiwdan evvel cox sehflerim olubdur ve indi etdiyim bu sehfler ucun cox pewmanam ve her namazimda dua edirem ancaq cox qorxuram ki dualarim qebul olunmaz elediyim sehfler yeniden menim qarwima cixar xaiw edirem deyerdiz bunun ucun dua varmi yada menim seflerim qarwisinda dualarim qebu olunarmi??
Cavab: 

Salam aleykum. Namaza başladığınız üçün sizi təbrik edirik, Allaha dua edirik ki, tövbələrinizi qəbul etsin, namaz və xeyirli əməlləriniz sayəsində günahlarınızı bağışlasın və sizi Cənnətə daxil etsin. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır. Ona görə də, Allahın mərhəmətindən ümidinizi üzməyin və namazlarınızda davamlı olun. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər". Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: