Fəth surəsinin 29-cu ayəsi namazı möhürlə qılmağa dəlildirmi?
Sual:
salam mohurle namaz qilmaqin subutu feth suresi aye 29 bura yazmadim kim delil isdiyir oxusun torpaqdan yaranibsan torpaqa alinida qoy dunya mali xalciya yox
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir". (əl-Fəth, 29). Heç bir səhih hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Əlamətləri isə üzlərində olan səcdə izidir" ayəsinə möhürlə namaz qılmağın əlaməti kimi izah verilməyib. Bu əlamət möminlərin üzündə olan nurdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), onun əhli-beyti və səhabələri (Allah onlardan razı olsun) namazı möhürsüz qılıblar. Həmçinin oxuyun: Namazı möhürlə qılmaq olarmı?