Atam mənim ailəmi dağıtmaq istəyir, nə edim?

    28.01.2016
Sual: 
Salam.Menim atam meni cox incidir qelbime deyir dusmen kimi ailemi dagidir,arada soz-sohbet yaradir birinci ailem coxsu atamin ucbatindan dagilib indide ikinci ailem dagilmaq uzredir men bilmirem neyleyim olmuyan seyler danisir hemde dusunurem atamla mene cadu edibler cunku atam mensiz nefes ala bilmezdi indi dusmenik bir-birimize men bilmirem ne edim...
Cavab: 
Və aleykum Salam. İlk növbədə bilməlisiniz ki, şəriətə əsasən qadın əvvəlcə ərinə, sonra atasına tabe olmalıdır. Ata nə isə əmr edirsə, lakin ər razı deyilsə, ərə tabe olmaq lazımdır. Bütün fitnələrə baxmayaraq siz atanızla mümkün qədər mülayim davranın. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34). Valideynlərlə əlaqəni tam kəsmək olmaz. Həmçinin, evdə Quran səsləndirilsə daha yaxşıdır. Ola bilər ki, sizə sehr olunub. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
Teqlər: 
Paylaş: