Namazda öz dilində dua etməyə dəlil nədir?
Və aleykum Salam. Namazda səcdədə öz dilində dua etmək olar. Dua etməyin öz dilində olmasına dəlil bu haqda qadağanın olmamasındadır. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482). Digər rəvayətdə deyilir: "Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Rukuda siz Uca Rəbbi təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olunar". (Muslim, 479). Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşuldu: "Hansı dua ən tez qəbul olunur?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edilən dua". (ət-Tirmizi, 3499).
Deyilir ki, "dua edin!" Duanın hansı dildə olması deyilmir. Bu hökm ümumi olduğuna görə səcdədə "Subhanə Rabbiyəl-A'lə" dedikdən sonra hər dildə dua etmək olar.