İki nəfəri barışdırmaq üçün nə etmək lazımdır?
Sual:
Salam menim cox yaxinim olan 2 sexs bir biri ile yola getmir butun gun soz sohbet dava. Onlarin munasubetinin yaxshilashmasi mehriban olmalari ucun ne ede bilerem ? bunun ucun dua ve ya her hansi emel varmi xais edirem komek edin
Cavab:
Və aleykum Salam. Onların barışması üçün çoxlu dua edin. Küsülü qalmağın böyük günah olması və barışmağın böyük savab olması barəsində Uca Allahın əmrlərini onlara gözəl şəkildə izah edin. Daha ətraflı:
Küsmək barəsində
Qəzəblənmə!
Həmçinin, onların bir-birilərinə etdikləri yaxşılıqları onların yadına salın. Çünki, insan unutqandır və yaxşılıqları unudur. Həmçinin, ehtiyac yaranarsa, onların arasını düzəltmək üçün yalan da danışa bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "İnsanların arasını düzəltmək məqsədilə yaxşılıq etmək istəyən və ya yaxşı söz danışan adam yalançı deyildir". (Səhih əl-Buxari, 2692).