Ağır vəziyyətdən çıxmaq və ruzimin artması üçün nə edim?

    21.01.2016
Sual: 
ruzini nece qazanim?veziyetimiz cox pisdir ovladlarim xestedir komek eymeye imkanim yoxdur men bazarda alvernen mewgulam heftelernen hec ne cata bilmirem borclarim coxalir hec cure veziyetden cixa bilmirem qizim nevelerim cox xestediler onlara derman almaga mualice etmeye hec bir maddi imkanim yoxdur men nece edim ki aliw veriwim duzelsin mene bir caremi yoxsa bir meslehetmi ve nece komek ede bilersiniz
Cavab: 
Salam aleykum. Ruzini qazanmaq üçün Uca Allaha israrla dua etmək, əməlləri düzəltmək lazımdır. Əli (Allah ondan razı olsun) rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: "Kölə­likdən azad olmaq üçün borcumu ödəməyə acizəm, mənə yardım et!" Əli (Allah ondan razı olsun) dedi: "Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) mənə öyrətdiyi bəzi kəlmələri sənə öyrədim? Siyr dağı boyda borcun olsa belə Allah onu sənə ödətdirər. Belə dua et: "Allahum­məkfini bi-hələlikə an həramikə və əğnini bifədlikə am­mən sivak (Allahım, məni Öz halalınla kifayətləndirib haramına möhtac etmə, məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!)" (ət-Tirmizi, 3563). Daha ətraflı:
Ruzinin artması üçün nələr etməliyik?
Dualarım qəbul olmur, nə edim?
Teqlər: 
Paylaş: