Namazın sünnətləri nə qədərdir?

    31.01.2014
Kimdən: 
Sədəf 12
Sual: 
Salam aleykum. Namazın sünnətləri nə qədərdi?
Cavab: 

Aleykum salam. Əgər sünnət namazlarını nəzərdə tutursunuzsa, gündəlik qılınan sünnət namazları gecə namazları, vitr namazı, beş vaxt qılınan fərz namazlarının "ratibə" adlanan sünnətləridir. Bunlar: sübh namazında fərzdən əvvəl iki rükət sünnət, zöhr namazında fərzdən əvvəl iki-iki, cəmi dörd rükət sünnət, fərzdən sonra da son iki rükət sünnət, məğrib namazında fərzdən sonra iki rükət sünnət və nəhayət sonuncu işa namazında fərzdən sonra son iki rükət sünnət qılınır. Həmçinin, duha namazı, əsr namazından əvvəl iki-iki qılınan sünnət namazı və s. namazlar vardır.   

Teqlər: 
Paylaş: