İqamənin sözlərindəki cümlə hədisdə bir dəfə, sizin saytınızda isə 2 dəfə yazılıb...

    27.01.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Iqamə yadımnan bir anlıq çıxdı, girdim bura ki, baxım yadıma salım. Hədisdə 1 dəfə "Həyya aləl fələh" deyir, amma sizin yazınızda 2 dəfə. Mən indi 1 dəfə deyim, yoxsa 2 dəfə?
Cavab: 
Və aleykum Salam. Bir dəfə deyilməlidir. Yazıda səhv gedib, bizə bildirdiyinizə görə Allah sizdən razı olsun. Ənəs (Allah ondan razı olsun) demişdir: “Bilala azanın sözlərini cüt sayda, iqa­mə­ni isə “qad qamətis-saləh” sözləri istisna olmaqla, tək sayda oxumaq əmr edil­miş­di”. (əl-Buxari, 506). Daha ətraflı: Azan və iqamənin sözləri
Teqlər: 
Paylaş: