Yeni doğulmuş uşağın saçı dibindən qırxılmalıdır?

    24.01.2016
Sual: 
Az kəsilməlidir yoxsa dibinde qirxilmalidi zəhmət olmasa etrafli yazasiz.
Cavab: 

Salam aleykum. Yeni doğulmuş uşağın saçı uşağa zərər vurmadan tam qırxılır, çəkilərək nə ağırlıqda olursa, həmin miqdarda gümüş sədəqə verilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: "Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır. Yeddinci günü "əqiq"i kəsilib, saçı qırxılır və adı qoyulur". (İbn Macə, 3165). Fatimə Həsəni (Allah onlardan razı olsun) dünyaya gətirəndə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona dedi: "Onun başını qırx və kasıblara saçı ağırlığında gümüş sədəqə ver". (İmam Əhməd, 6/ 390). Həmçinin, oxuyun: Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər

Teqlər: 
Paylaş: