Hz. Əlinin adı azana nə vaxt salınıb?

    27.01.2016
Kimdən: 
rafiq
Sual: 
namaz ve azanda hz elinin adinin cekilmesi ne vaxtdan yaranib
Cavab: 

Salam aleykum.  Azan və iqamə haqda rəvayət olunan hədislərdə Əlinin (Allah ondan razı olsun) adının deyilməsi haqda bir şey deyilmir. Hz. Əlinin (Allah ondan razı olsun) adının azanda deyilməsi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zamanında olmamışdır. Əbu Bəkr, Ömər, Osmanın və hətta Əlinin (Allah onlardan razı olsun) xilafəti dövründə də belə bir şey olmayıb. Ona görə azanda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) demədiyi bir şeyi əlavə etmək dinə salınan yenilikdir (bidətdir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: "Kim bizim bu işimizdə ondan olmayan bir yenilik edərsə, bu qəbul olunmayıb, rədd olunacaq". (əl-Buxari, 2697). Daha ətraflı: Bidət nədir?

Teqlər: 
Paylaş: