Ölən adamın qəza namazları necə olacaq?
Sual:
eger ata dunyasini dəyişerse ve öldugunde 3ay evvele qeder namaz qilmişsa ve xesteliyine göre qila bilmeyib. bes bunun qeza namazlari ne olacaq.
Cavab:
Salam aleykum. Namaz hər bir insanın özünə aid bir əməldir. Onu kiminsə əvəzinə qılmaq olmaz. İmran ibn Husayn (Allah ondan razı olsun) belə demişdir: "Mən babasil xəstəliyinə tutulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barəsində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bunu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117). Namazı uzanmış vəziyyətdə də qılmağa icazə var. Lakin, ola bilər atanız bunları bilməyib. Uca Allah atanıza rəhmət eləsin! Onun namazlarını heç kəs onun əvəzinə qıla bilməz. Onun üçün bağışlanma diləyin. Uca Allah bağışlayandır. Həmçinin oxuyun: Vəfat etmiş valideynə necə yaxşılıq etmək olar?