Sidik damcıları dəstəmazı batil edirmi?

    31.01.2016
Sual: 
Dəstəmaz alərkən istər istəməz sidik paltara bulaşa bilər. Yaxud sonradan kanaldan gələ bilər. Men bu hali tez tez yasayiram bu zaman destemaz batil olur?ve men ne etmeliyem
Cavab: 
Salam aleykum. Bunlar şeytanın vəsvəsələridir. Müsəlman şeytanın vəsvəsələrinə fikir verməməlidir, çünki bu halda vəsvəsə daha da çoxalır. Şeytan dəstəmaz almağı çətin göstərərək insanı namazdan yayındırmağa çalışdırır. Su başına çıxarkən müəyyən qaydalara riayət etmək lazımdır ki, sonradan şeytan vəsvəsə verib sizi çaşdırmasın. Belə ki, oturaraq sidiyə çıxmaq daha yaxşıdır. Sonra isə su ilə təmizlənmək, su olmadıqda kağız və ya digər şeylərlərlə qurulanmaq lazımdır. Dəstəmaz alandan sonra tez-tez "bəlkə nəsə gəlib" deyə yoxlamaq artıq vəsvəsədir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) deyir ki: "Məndən (cinsi orqandan az miqdarda gələn şəffaf maye) çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə (Allah ondan razı olsun) görə bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə (Allah ondan razı olsun) tapşırdım. O, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (əl-Buxari, 132). Məzi nəcis sayıldığına görə təmizlənməlidir.
Teqlər: 
Paylaş: