Ehtiyat namazı necə qılınır?
Sual:
Ehtiyat namazi nece qilinir
Cavab:
Salam aleykum. Ehtiyat namazı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dövründə səhv səcdəsi adlanıb. Günümüzdə isə müxtəlif yerlərdə başqa adla bilinib. Biz müsəlmanlar da bunu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) adlandırdığı kimi adlandıraq. Namazda hər hansısa xəta etdikdə, namazdan sonra iki dəfə səcdə olunur və salam verilir. Bu da namazda edilən xətanı ləğv edir. Lakin elə səhvlər var ki, hansı rükətdə edilirsə həmin rükəti pozur. Ona görə namazın sonunda salam verməmiş durub bir rükət namaz qılıb sonunda iki dəfə səcdə (səhv səcdəsi) edirsiniz və salam verirsiniz. Daha ətaflı: Səhv səcdəsi necə yerinə yetirilir?