Dini adları qısaltmaq olarmı və digər suallar

    04.02.2016
Sual: 
salam aleykum.1) qadin eri ucun qaslarini aldirsa ve namehrem yaninda qaslarini ortse yene de ona lenetden pay dusur? 2) Gernesmek dinimizde beyenilir? 3) Destnamaz alarken bir uzv yuyulmadiqda bitdikden sonra hemin uzvu yusaq destnamaz kamil sayilir yoxsa basdan destnamaz almaq lazimdir?4) Dini adlari qisaltmaq olar meselen Fatimeye Fatos deyirler bele etmek gunah sayilir?
Cavab: 

Və aleykum Salam.
1. Qaşların alınması nə ər üçün, nə də ümumən icazəli deyil. Bu əməl Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dili ilə lənətlənmişdir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) lənət etmişdir. (ət-Tirmizi, 3010).
2. Gərnəşmək insanda adi fiziki haldır, lakin müsəlman hər bir şeydə ədəb qaydalarını gözləməlidir. Camaat arasaında "Gərnəşdikdə əlini sinənə vur, yoxsa pis olar, ağırlığın keçər" sözləri isə xurafatdır və dinlə heç bir əlaqəsi yoxdur.
3. Dəstəmaz aldıqdan sonra əgər yuyulan hissələr qurumayıbsa, yenidən qayıdıb yuyulmayan əzadan başlayıb dəstəmazı davam etmək lazımdır. Yenidən başlamağa ehtiyac yoxdur. Lakin, üstündən bir qədər vaxt keçsə və əzalar qurusa, yenidən dəstəmaz almaq lazımdır.
4. Dini adları da qısaltmaq olar. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Aişəyə (Allah ondan razı olsun) Aiş demişdir: "Ey Aiş! Bu, Cəbraildir. O sənə salam söyləyir". Mən dedim:"Və aleyhis-sə­lam və rahmətullahi va bərakatuhu! (Ona da salam olsun, Allahın rəhməti və bərə­kəti ona yetişsin!) Sən mənim görə bilmədiyimi görürsən". (əl-Buxari "Ədəbul-Mufrad", 1036).

Teqlər: 
Paylaş: