Dəf edə bilmədiyim günahlara görə hicab bağlamaq mənə mənasız gəlir...
Sual:
Salam eleykum.men 2 ildirki hicab baglamiwam anam atam razi deyildi ama bagladim,indi 5ayliq ovladim var bezen cetin olur encox yayda.herden fikirlewiremki ortunmeseydim daha rahat olardim bu fikirler meni cox narahat edir.nece uzaqlawa bilerem bu fikirlerden?hicabin vacibliyini bilirem ama hemde duwunuremki ozumde dehv ede bilmediyim bezi gunahlar var onagore hicab baglamagiminda hec menasi yoxmuw kimi gelir mene.
Cavab:
Və aleykum Salam. Şeytan insanı günahlara sövq edəndən sonra "güahların çoxdur", "Allah bağışlamayacaq" və s. vəsvəsələrlə Allahdan ümidi üzməyə çağırır. Allahdan ümidini üzmüş insana isə vacib əməllərin onsuz da fayda verməyəcəyini təlqin edərək hicabı açmaq, namazı tərk etmək kimi daha böyük günahlara təhrik edir. Təbii ki, bu, hiylədir, çünki, Uca Allah mərhəmətli, bağışlayan və tövbələri qəbul edəndir. Uca Allah buyurur: "Həqiqətən, O, tövbələri qəbul edəndir!" (ən-Nasr, 3). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram". (ət-Tirmizi, 3540). Uca Allah buyurur: "Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır". (Fatir, 5-6). Günahlara görə tövbə edin, elminizi, imanınızı artırın və günahdan çəkinməyə çalışın. Allah sizə kömək olsun və bütün sıxıntılardan xilas etsin! Daha ətraflı:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Günahı necə tərgitmək olar?
Hicab - azadlıqdır!
İmanı necə artırmaq olar?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Günahı necə tərgitmək olar?
Hicab - azadlıqdır!
İmanı necə artırmaq olar?