Bir insanın digər bir insanda nəfsi qala bilərmi?

    30.01.2014
Sual: 
Salam aleykum. Qarshiliqsiz sevgide kiminse hansi birinde nefsi qalmaq duzgundurmu? Nefis choxmu pis sheydir? Nece qorunaq? Bunun bir yolu varmi?
Cavab: 

Aleykum salam. Bəli, bir insanın digər bir insanda nəfsi qala bilər. Nəfs əslində islamda paxıllıq və ya gözdəymə kimi tanınır. Nəfslə bağlı Paxıllıq haqqında linkini oxuyun. Qorunmağa gəldikdə isə həsəddən, gözdəymədən, sizin dediyiniz kimi nəfsdən qorunmaq üçün "əuzu billəhi minəş-şeytanir-racim - lənətlənmiş şeytandan Allaha sığınıram" deyərək Uca Allaha sığınmaq, və gündəlik Ayətul-Kursi (əl-Bəqərə, 255), əl-İxlas, əl-Fələq,ən-Nas surəslərini oxumaq məsləhətdir. Həmçinin bu barədə digər zikr və duları etmək yaxşı olardı. Bu duaları kamil şəkildə Müsəlmanın qalası cib kitabçasından öyrənə bilərsiz.

Teqlər: 
Paylaş: