Gözmuncuğu asmaq düzgündürmü?
Sual:
Salam aleykum. Balaca körpələrə gözmuncuğu taxırlar bu düzgündürmü? Həqiqətənmi gözmuncuğu deyilən bir şey varmı? Göz dəyirmi kimdənsə kiməsə?
Cavab:
Və aleykum Salam. İnsanı Uca Allah qoruyur. Gözmuncuğu bir şüşə parçasıdır. İnsanı, evi, hardan asılırsa oranı heç bir zərərdən qorumağa qadir deyil. Təsəvvür edin, gözmuncuğunu yerə atıb tapdalasan və sındırsan, özünü qoruya biləcəkmi!? Sözsüz ki, yox. Bəs başqasını necə qorusun? İslamda uğursuzluq inancı yoxdur. Bu cür inanclar tamamilə insanların güman və lazımsız yerə xoflanmağından irəli gəlir. Bu kimi bəd nəzərdən guya qoruyan ünsürlər - körpə uşaqların əlinə bağlanıalan gözmuncuğu, qapının üstündən asılan at nalı, tikan və s. xurafatdır və insanı ən böyük günah olan Allaha şərik qoşmağa (şirk etməyə) sürükləyir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Gözmuncuğu asan Allaha şərik qoşmuşdur". (İmam Əhməd, 4/156). Digər hədislərdə buyurur: "Kim tilsim asarsa, artıq Allaha şərik qoşmuş olur". (əl-Əlbəni: "Səhih-Hədisər-Silsiləsi", 492). Həmçinin demişdir: "Düşər-düşməzliyə inanmaq Allaha şərik qoşmaqdır. Düşər-düşməzliyə inanmaq Allaha şərik qoşmaqdır. Elə bir kimsə yoxdur ki, bu hisslərə qapanarkən Allaha təvəkkül etdikdə bu ondan getməsin". (ət-Tirmizi 1614); "Uğursuzluğa inanmaq şirkdir". (İmam Əhməd, 1/389).
Uca Allah Ona şərik qoşmaq barəsində buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz!" (ən-Nisə, 48); "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir!" (əl-Məidə, 72); "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq!" (əz-Zumər, 65); "Əgər möminsinizsə, Allaha təvəkkül edin". (əl-Məidə, 23).
Belə ayələr Uca Allahın Kitabında çoxdur. Ona görə insan Uca Allaha bel bağlamalı və Uca Allaha arxayın olmalıdır. Ona görə də gözmuncuğunu nəinki uzərinizdə, hətta evdə saxlamaq olmaz. Onun heç bir müqəddəsliyi yoxdur. Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurur: "Uğursuzluq adlı bir inanc yoxdur. Mənim xoşuma gələn isə "təfəuldur". Məclisində olan səhabələri: "Təfəul" nədir, ya Rəsulallah?" – deyə soruşdular. "Gözəl sözdür (hadisələri xeyrə yozmaqdır)", – deyə cavab verdi". (əl-Buxari: "Tibb", 19; Muslim: "Salam", 102).
Gözdəyməyə gəldikdə isə, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib. Daha ətraflı: Cadudan necə qorunmaq olar?