Murdarlanmış şeyi yumaq üçün torpaq əvəzinə yuyucu toz istifadə etmək olarmı?

    11.02.2016
Kimdən: 
muselmanka91
Sual: 
Salam aleykum. Bildiyimiz kimi murdarlanmiş paltar yaxud her hansi bir şeyi birincisi torpaq olmaqla 7defe su ile yuyulur. Torpağın evəzine paraşok,sabun ve basqa temizleyici maddelerle yumaq icazelidirmi? Mence Peyğemberimiz eleyhissalamin dovrunde bele seyler olmadigi ucun temizlemek ucuntorpaq istifade edilib. Hele deyilmi??
Cavab: 
Və aleykum Salam. Torpaqla təmizləmək əvəzinə yuyucu vasitələrdən istifadə etmək icazəlidir. Lakin, hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq olmaqla, qalanları isə su ilə yeddi dəfə yusun!" (Muslim, 279). Yəni, itin ağzı dəydikdə belə qaydada yuyulur. Çünki, müasir alimlər təhqiqatlar apararaq müəyyənləşdirmişlər ki, itin ağız suyunda su və yuyucu tozlarla məvh edilə bilməyən mikroblar mövcuddur. Bunu qərb alimləri müəyyənləşdirmiş və qeyd etmişlər ki: "Bu mikrobları yalnız torpaqla məhv etmək mümkündür". (Fransanın Sentatin şəhərində çap edilən "Luşasor Franse" jurnalından).
Teqlər: 
Paylaş: