Nəhl surəsinin 93-cü ayəsi, Rahmən surəsinin 39-cu ayəsinə ziddirmi?

    11.02.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Ən Nəhl surəsinin 93-cü ayəsi, Ər Rahmən surəsinin 39-cu ayəsinə ziddirmi?
Cavab: 

Və aleykum Salam. Əvvəla bu suala cavab verməzdən əvvəl bilməliyik ki, sual vermək iki yerə bölünür.
1. Cavab almaq ücün verilən sual. Bu sualı verən şəxs bilmədiyini öyrənmək üçün verir. Çünki bilsəydi soruşmazdı. Allahın quluna belə sual verməsini düşünmək haramdır. Çünki, Allah hər şeyi biləndir. Onun kimdənsə nə isə öyrənməsinə ehtiyacı yoxdur. 
2. Bu sual formasına gəldikdə isə Uca Allah belə buyurur: "O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır". (ər-Rahmən, 39). Burada soruşulmayacaq sorğu-sual da Allahı məlumatlandırmaq üçün verilən sorğu-sualdır. Qiyamət günü nə insan nə də cin Allahı məlumatlandırmayacaq. Yəni, Allah məlumat əldə eləmək üçün, nəyisə öyrənmək üçün kimdənsə nəsə soruşmayacaq. Çünki, onsuz da Allah hər şeyi hamıdan gözəl bilir. Başqa bir ayəyə gəldikdə isə Uca Allah buyurur: "Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız". (ən-Nəhl, 93). Yəni, qınanaraq, məzəmmət edilərək nə üçün belə etdiyiniz barədə sorğu-sual olunacaqsınız.

Teqlər: 
Paylaş: