Cənabətli halda yatmaq olarmı?

    10.02.2016
Sual: 
Salam.Her vaxtiniz xeyir.Bilmek isterdim ki,Cenabetden sonra qusl sehere saxlanilarsa yatmamisdan once destemaz almaq lazimdirmi?
Cavab: 

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182). Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşuldu: "Bizdən birimiz cənabətli (boynumuzda qüsul olduğu) halda yata bilərikmi?" O dedi: "Bəli! Əgər sizdən biri­niz cu­nub olduğu halda dəstəmaz alsa, yata bilər". (əl-Buxari, 287). Ammar ibn Yasir (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yemək, içmək və ya yatmaq istəyən cənabətli insana, namaz üçün aldığı dəstəmazı alıb sonra bu əməlləri etməsinə icazə vermişdir". (Əbu Davud, 222).

Teqlər: 
Paylaş: