Allahın bağışlayan olduğuna inanıram, amma məni bağışlayacağına inanmıram

    16.02.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Mənim hərdən cənnət yadıma düşür. Quranda möminlər haqqında Allah danışanda özüm yadıma düşür. Amma nəqədə olsa da, məndə elə bir şeylər olurki, Allaha dua edirəm və başımı biraz qaldırıram yuxarı, təsadüfən nöqtə gördüm, və məndə elə bir şey olduki, elə bil başımı qaldırdım ki, o nöqtəyə(ləkəyə) dua edim. Belə şeylər birinci dəfə deyil. Elə hiss edirəm ki, elə bil Allaha şərik qoşmuşam, və əməllərim puç oldu. Bu hal namazdada olur, elə bil səcdəni şeytan üçün edirəm. Amma özüm öz xoşumnan heç kimə, Allahdan başqa dua etməmişəm. Allah insanı imanı ilə imtahan edir? 2)əgər insan bilə bilə şirk edərsə və tez əstəğfirullah desə, onda o bağışlanır? Yoxsa əməlləri puç olur gedir?
Cavab: 

Və aleykum Salam.
1. Bu, şeytanın sizə vəsvəsə verməsidir. Belə şeylərə fikir vermək lazım deyildir. Allah haqda gözəl zəndə olun. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir". (İbn Hibban, 639). Başqa rəvayətdə deyilir: "Allah buyurur: "...Mənə dua etdikcə Mən onunlayam". (əl-Buxari: "Ədəbul-Mufrad", 616). Uca Allah buyurur: "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2).
2. Uca Allah tövbə edəni bağışlayır. Uca Allah buyurur: "Həqiqətən, O, tövbələri qəbul edəndir!" (ən-Nəsr, 3). Allah dərgahında tövbə etməyən bəndənin vəziyyəti ağır olacaq. 
Həmçinin, oxuyun: Qorxuram ki, nə qədər ibadət etsəm də, Cəhənnəmə düşəcəyəm...

Paylaş: