Aborta gedən qadını müşaiyət eləmək günah qazandırır?
Sual:
Salam aleykum. Mən abortun əleyhinə olmuşam həmişə.Əlhəmdulilləh heçvaxt bu günaha batmamışam.İnşəAllah da batmaram.ama iş yoldaşım aborta gedəndə məndən xahiş elədi ki onunla gedim. Sözsüz ki çalışdım fikrindən döndərəm. Ama alınmadı.3cü uşaq istəmədiyini dedi.onumla getdim.ama özümü günahkar hiss elədim. Elə biliröm onun günahını yarısı mənə yazılır.bu vəziyyətdə mə dərəcədə günah daşıyıram.
Cavab:
Və aleykum Salam. Üzürlü səbəb olmadan aborta gedən qadını müşayiət etmək olmaz. İçki almağa gedən adam "gedək içki alım" desə və siz onunla getsəniz, onu müşayiət etsəniz günah qazanacağınız kimi, eləcə də aborta gedən qadınla birlikdə getsəniz, onu müşayiət etsəniz günah qazanacaqsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun...". (əl-Maidə, 2). Tövbə edin və bir daha belə günahlara şərik olmayın. Uca Allah buyurur: "Həqiqətən, Allah tövbələri qəbul edəndir" (ən-Nəsr, 3).