Pis şeylər fikirləşirəm, bu əsəb xəstəliyi ola bilərmi?

    12.02.2016
Kimdən: 
Ulviye
Sual: 
Salam men evvel 3 ay bundan qabaq ozumu cox pis his edirdim ela bilirdimki mene nese olacaq getdim Qura acdirdim edi ki mokem qorxmusan toxuntusu var dua yazdi kecdi tezeliycan tek olanda iw gorende yena hemen fikirler yena gelir birde herden oz adimi ewidirem ela bilirem meni kimse caqirir ya anam ya bacim bu nevrozun elameti olar zehmet olmasa tez cavablandirin
Cavab: 

Və aleykum Salam. Qorxudan xilas olmaq üçün molla yanına gedib Quran açdırmaq düz deyil. Məgər Quranda sizin haqda bir şey var? Bu üsul falçıların üsuludur. Bundan da bəzi mollalar istifadə edirlər. Halbuki, Quran açmaq fala baxmaq kimidir. Bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən hesab olunur. Quran - açdırmaq üçün deyil, onu açıb oxuyub, başa düşüb və orada yazılanlara əməl etmək üçündür. Uca Allah buyurur: "Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən bir Kitabdır". (əl-Bəqərə, 2).
"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (əl-Qamər, 22).

Həmçinin, duanı yazmaq və ya kiməsə yazdırmaq deyil, sözlər şəklində Allaha dua etmək lazımdır. Sizin halınız da belədir. Özünüz Allaha dua edin, Qurana qulaq asın, özünüz özünüzü müalicə edin. Allah şəfa versin! Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Sehr nədir?
Allahın kəlamı ilə müalicə

Teqlər: 
Paylaş: