Ayaq dırnaqlarına lak vurmaq olarmı?
Sual:
Salam aleykum. Deyirlər ki, əl dırnaqlarına lak qoymaq dəstəmazı pozur, bəs ayaq dırnaqlarına necə?
Cavab:
Aleykum salam. Əvvala bilmək lazımdır ki, dırnaqlara lak vurmaq dəstmazı pozmur. Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz və ya qüsl vaxtı onu təmizləmək lazım gələcək. Ayaq dırnaqları da həmçinin. Ümumiyyətlə İslama görə qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsəsəndə ailəli qadınlar, öz həyat yoldaşları üçün bəzənməlidir.