Nəyə görə Tövbə surəsi "Bismilləh" deyilmədən başlayır?

    23.02.2016
Sual: 
Salam akeykum.tövbə surəsinin əvvəlində niyə bismillah yazılmayıb.və yaxud bismillah deyilmir.
Cavab: 
Və aleykum Salam. Tövbə surəsi müşriklərə, münafiqlərə qarşı şiddət və döyüşməklə əlaqəli ayələr ilə başladığı üçün, rəhməti, təhlükəsizliyi və salamatlığı ifadə edən "Bismilləh" sözü surənin başında iştirak etməmişdir. Abdullah ibn Abbas Hz. Əliyə (Allah onlardan razı olsun) “Ənfal ilə Tövbə arasına Bismilləh nə üçün yazılmadı?” sualını verdikdə Əli (Allah ondan razı olsun) bu cavabı vermişdir: “Çünki, "Bismilləhir-Rahmənir-Rahim"də təhlükəsizlik vardır. Halbuki, bu surə qılınc və razılaşmağı pozan müşriklər haqqında nazil olmuşdur". ("Yəsəlunəkə fid-Dini vəl-Həyət" 1/ 313-314).
Teqlər: 
Paylaş: