Cin toxunmuş qadın Cənnətə girməyəcəkmi?

    21.02.2016
Sual: 
Quranda yazilibki cennetde erlerinden evvel ne cin ne de basqa insan toxunmayan qadinlar olacaq bes cin toxunmus yaxsi insanlar cennete gire bilmeyecekler?
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır". (ər-Rahmən, 56). Quranda deyilən qızlar - hurilərdir. Siz başa düşdüyünüzün əksinə, cin toxunmuş qadın möminə olarsa, Allahın rəhməti ilə Cənnətə girəcək. Hurilər isə Adəm övladı deyillər. Uca Allah onları möminlər üçün yaradıb. Onları nə cin, nə də insan görməyib. Görməyiblərsə, toxuna da bilməzlər. Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "Ürəkgetmədən əziyyət çəkən bir qadın Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın Elçisi, mənim üçün Allaha dua et!" O buyurdu: "İstəyirsənsə, Allaha dua edim, O da sənə şəfa versin, istəyirsənsə, səbr et, (Cənnətə girmək üçün) sənə sorğu-sual olmaz". Qadın dedi: "Mənə sorğu-sual olmasın deyə səbr edərəm". (İbn Hibban, 2909). Həmçinin oxuyun: Cənnətdəki hurilər nə üçündür? 
Paylaş: