Dinsiz birini sevmək günahdırmı?
Sual:
salam aleykum. Dinsiz birini sevmek gunahdir? sadece sevmek sevgili olmaq yox. cunki insan her seye soz kecirse de ureyine soz kecire bilmir. Onuncun dua ede bilerem?
Cavab:
Və aleykum Salam. Dinsiz bir insanı sevmək sonda insanı Allahdan uzaqlaşdıra bilər. Uca Allah buyurur: "Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır". (Ali-İmran, 28). Belə bir insan üçün Allahdan hidayət istəmək, yəni onun doğru yola yönəlməsini istəmək lazımdır. Daha ətraflı:
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Dualarım qəbul olmur, nə edim?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Dualarım qəbul olmur, nə edim?