Namazları birləşdirmək olar?
Sual:
Salam aleykum. Mən 4-5 aydır ki, namaza başlamışam. İşlədiyim üçün şam namazına kimi zöhrlə, əsr namazımı qılıram,10-15 deqiqə sonra azan oxunur, bu düzgün sayılırmı? çünki mənim başqa cür imkanım olmur. Saat 12-də fasiləyə çıxıram, 1-de qayıdıram, çatdıra bilmədiyim üçün axşam azanına kimi qılıram.
Cavab:
Aleykum salam. Zərurət halında, zöhr və əsr yaxud məğrib və işa namazlarını birləşdirib qılmağın heç bir eybi yoxdur. Çalışın adət halına salmayasız. Bu xüsusda Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).