Adəm peyğəmbərin olduğu Cənnət harada idi?

    21.02.2016
Sual: 
Salam aleykum va rahmətullahi va bərakətuhu. Bəqərə surəsi 30 cu ayədə Allah təbarakə və təalə mələklərə deyir ki, mən yer üzündə canişin bərqərar edəcəyəm. Burada Adəm peyğəmbərin əleyhisəlləm yer üzündə bərqərar edəcəyyi haqda deyilir. Sonra isə Bəqərə surəsi 35ci ayədə "BİZ dedik" ey Adəm zövcənlə birlikdə cənnətdə sakin ol....".." Yəni yuxarıda yer üzü deyilməyinə baxmayaraq Adəm və Həvva cənnətdə sakin olur.  sonrakı ayədə isə Allaha təalə onlara aşağı enməyi əmr edir. Yəni bütün bunları əslində necə başa düşmək ola? Cənnət haradaydı o zaman,yer üzündə yoxsa göydə?aşağı enmək göydən yerə enmək yoxsa hansısa hündürlükdən aşağıya enmək nəzərdə tutulub?sağ olun.
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. İslam alimlərinin əksəriyyəti ayə və hədislərin zahiri anlamına görə bu Cənnətin səmadakı əbədi Cənnət olduğunu deyirlər. Uca Allah buyurur: "Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?" Hər ikisi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq"– dedilər. Allah dedi: "Bir-birinizə düşmən kəsilərək yerə enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır". Allah dedi: "Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız". (əl-Əraf, 22-25); "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal!" (əl-Bəqərə, 35). Cənnət kəlməsindəki "əl" artiklı ümumi və ya ləfzi məna daşımaq üçün işlədilməmişdir. Bu yaddaşlarda qalmış vəd olunan Cənnəti bildirmək üçün deyilmişdir. Şəriətin vəd etdiyi Cənnət də elə budur.

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah insanları toplayacaq və möminlərə Cənnət göstəriləndə onlar Adəmin yanına gəlib deyəcəklər: "Ey atamız! Cənnətin qapılarının üzümüzə açılmasını tələb et". Adəm (aleyhis-sələm) isə deyəcəkdir: "Məgər sizi Cənnətdən çıxaran atanızın səhvi olmayıbmı?...". (Səhih Muslim, 503). Hədis Cənnətin əbədi olması fikrini dəstəkləyən güclü dəlildir. Çünki, Adəmin (Allahın ona salamı olsun) "Məgər sizi Cənnətdən çıxaran..." - sözləri bu Cənnətin o zamandan bəri qaldığını bildirir. Bu isə onun əbədi olması anlamına gəlir. (İbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitabından). Həmçinin, başqa bir hədisdə Musanın Adəmə (Allahın onlara salamı olsun) "Nə üçün bizi də, özünü də Cənnətdən çıxartdın...?" deməsi buna dəlildir. (Səhih əl-Buxari, 4738; Əbu Davud, 4702).
Teqlər: 
Paylaş: