Dişlərin rəngini ağartmaq olarmı?

    28.02.2016
Sual: 
Salam. Dişdə yaranan ləkələri təmizləmək ve rəngi ağartmaq olar?
Cavab: 

Və aleykum Salam. Dişdə olan ləkələri təmizləmək və ağartmaq icazəlidir. Bunun üçün heç bir qadağa yoxdur. Lakin, misvakdan istifadə edərək dişləri təmizləmək həm zərərsizdir, həm də savabdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Əgər çətin olmasaydı, hər namazda misvakdan istifadə etməyi əmr edərdim”. (İmam Əhməd, 9589). Başqa bir hədisdə: “Misvak ağzı təmizlər, Rəbbi razı edər”. (ən-Nəsai, 5). 

Teqlər: 
Paylaş: