Qadınlara cümə namazı vacibdir?

    05.02.2014
Sual: 
Salam aleykum. Qadinlara, qizlara cume namazi qilmaq olarmi? Ve nece qilinir?
Cavab: 

Aleykum salam. Qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Hədislərdən birində Peyğəmbər (s.a.s) belə buyurur: "Qadının məscidi evinin küncüdür".
Amma istəsələr gedib camaatla birlikdə cümə və ya digər namazları qıla bilərlər. Məsciddə qılınan namazın və ya ümumən camaatla qılınan namazın savabı çoxdur. Cümə namazı, zöhr namazının yerinə qılınır. İki rükət namazdır və namazdan qabaq imam minəbərə çıxaraq dini mövuzda xütbə verir. Bu xütbə namazın digər iki rükətini əvəz edir. 

Teqlər: 
Paylaş: